lider-media.az

Xıdırlı sakini: Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi Prezidentimiz var

Baxış: 21253 Tarix: 22-08-2025, 10:30

Xıdırlı sakini: Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi Prezidentimiz var

Dövlət başçımıza təşəkkürümüzü bildirir, uzun ömür arzulayırıq. Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi Prezidentimiz var. Bunları Ağdamın Xıdırlı kənd sakini, keçmiş məcburi köçkün Şahin Baxşəliyev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, avqustun 22-si əlamətdar gündür: “Tarixi gündür. Çünki doğulub boya-başa çatdığımız kəndə köçürük. Kəndi məcburi tərk edəndə 28 yaşım vardı, indi doğma torpağıma qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirik”.

O, bildirib ki, Xıdırlı kəndinə qayıdacağı günü illərdir gözləyirmiş: “Belə ölkədə yaşadığıma görə özümü xoşbəxt sayıram”.

Qeyd edək ki, Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Kəndə 68 ailə - 252 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi