lider-media.az

Hərbi prokuror Pəncəli Teymurovun ailəsi ilə görüşdü

Baxış: 21257 Tarix: 21-08-2025, 17:35

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə birlikdə şəhid Pəncəli Nurməmməd oğlu Teymurovun ailə üzvləri ilə görüşüb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğının göstərildiyi vurğulanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın onlara hər zaman dəstək olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, hərbçilərimizin qəhrəmanlıqlarından və xalqımızın əzmkarlığından bəhs edilib.

Şəhid P. Teymurovun ailə üzvləri daim diqqətdə saxlanıldıqlarına və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də aidiyyəti dövlət qurumlarına minnətdarlıqlarını ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi