lider-media.az

Qars-Naxçıvan dəmir yolunun tikintisi avqustun 22-nə planlaşdırılır

Baxış: 21324 Tarix: 20-08-2025, 20:45

Qars-İğdır-Dilucu dəmir yolunun (Naxçıvan Muxtar Respublikası ilə sərhəd - red.) tikintisinin başlanma tarixini açıqlanıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu yeni nəqliyyat layihəsinin icrasına başlanılması mərasiminin avqustun 22-nə planlaşdırıldığını bildirib.

“Yeni yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığa mühüm töhfə verəcək, Zəngəzur dəhlizinin açılması ilə isə Pekindən Londona qədər geniş məkanda yük axınlarının səmərəliliyi artacaq”, - deyə türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə hökuməti Naxçıvanla sərhədə qədər 224 kilometrlik dəmir yolu layihəsinə 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb edib.

Yeni yol 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq üçün nəzərdə tutulub. Yolboyu beş tunel, 10 körpü və s. tikintisi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi