lider-media.az

2025-ci ilin yanvar-iyun aylarında təbii qazın paylanması haqqında

Baxış: 21133 Tarix: 20-08-2025, 20:40

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21613,1 milyon kub metr təşkil etmişdir. Təbii qaz üzrə ehtiyatların 29,3 faizi ölkə daxilində istehlak edilmiş, 58,7 faizi ixrac olunmuş, 2,4 faizi itkiyə getmiş, 9,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,2 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 40,8 faizi isə əhaliyə satılmışdır. 2025-ci ilin yanvar-iyun aylarında 12682,1 milyon kub metr və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz az təbii qaz ixrac edilmişdir. Əhali tərəfindən 2584,8 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çox təbii qaz istehlak edilmiş, onun 36,8 faizi Bakı şəhərinin, 3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 11,6 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,3 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi Şirvan-Salyan, 2,4 faizi Dağlıq Şirvan, 0,1 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi