lider-media.az

Peşə-əmək Reabilitasiya Mərkəzində hazırda əlilliyi olan 130-dan çox gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir

Baxış: 23411 Tarix: 20-08-2025, 19:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bu il əlilliyi olan 325 gəncə xidmətlər göstərilib.

Onlardan 251 nəfəri peşə, 74 nəfəri isə digər sosial reabilitasiya xidmətləri ilə təmin edilib. Mərkəzə 15-29 yaşlı əlilliyi olan şəxslər qəbul olunur. Onlar burada müxtəlif peşələr üzrə 3-6 aylıq hazırlıq kurslarında yeni bacarıqlara yiyələnir, həmçinin sosial reabilitasiya xidmətlərindən faydalanırlar.

Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və onların əmək bazarına çıxışı üçün dəstək göstərilir.

Hazırda Mərkəzdə 130-dan çox gəncin peşə və sosial reabilitasiya kursları davam edir. Müəssisəyə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, reabilitasiya xidmətləri ilə də təmin olunurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi