lider-media.az

Ağdam Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

Baxış: 2148 Tarix: 20-08-2025, 19:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Ağdam Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.   

Görüşdə işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğunun təminatı istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bu ərazilərdə icra olunan məşğulluq proqramları barədə məlumat verilib, həmçinin mövzu üzrə təqdimat edilib.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün güzəşt və imtiyazlardan bəhs olunub.

Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılan sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq imkanlarına, əmək yarmarkalarında şirkətlərin aktiv iştirakına dair məsələlər müzakirə edilib, suallar cavablandırılıb.

Sonda Agentliyin fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi