lider-media.az

Dövlət idarələrində qeyri-iş günü olacaq - İranda enerji böhranı

Baxış: 21106 Tarix: 20-08-2025, 13:06

dovlet-idarelerinde-qeyri-is-gunu-olacaq

Enerji böhranı səbəbilə avqustun 23-də İranda bir sıra əyalətlərdəki dövlət müəssisələrində qeyri-iş günü olacaq. “Iran International”a istinadən xəbər verir ki, 100 dövlət idarəsində elektrik enerjisi kəsiləcək.

İranın ticarət palatasının rəhbəri Arman Xaleqi məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, ümumilikdə, sənaye müəssisələri yalnız enerji çatışmazlığı səbəbindən istehsal gücünün 30-60 faizini itirib:

“Rəsmiləri sanksiyalar təzyiqini azaltmaq üçün məşğulluq siyasətini qəbul etməyə çağırıram. Ölkəmiz regional və beynəlxalq imkanlardan istifadə etməlidir. İndiki yol nə davamlıdır, nə də İran iqtisadiyyatına yaraşır”.

Eyni zamanda bildirilib ki, çatışmazlıqlar sənaye istehsalını ləngidir, rabitə və internet xidmətlərini də pozur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi