lider-media.az

Sosial Xidmətlər Agentliyi iki istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Baxış: 295 Tarix: 30-01-2024, 16:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi “TÜV Austria” sertifikatlaşdırma şirkəti tərəfindən iki istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentlik ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi), ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi) üzrə bütün mərhələləri uğurla keçib.

Sertifikatların təqdim edilməsi tədbirində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin fəaliyyətində ISO standartlarının tətbiqinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, proseslərə hazırlıq və standartların tətbiq edilməsinə bütün işçi heyəti cəlb edilib. Standartlar agentlikdə İnteqrəedilmiş Menecment Sistemi olaraq tətbiq olunub.

“TÜV Austria Azərbaycan” şirkətinin direktoru Ülkər Quliyeva bildirib ki, hər iki istiqamət üzrə audit zamanı agentliyin fəaliyyətində heç bir uyğunsuzluq aşkarlanmayıb və ona görə də beynəlxalq sertifikatlara layiq görülüb.

“TÜV Austria” şirkəti ISO 17021 üzrə yerli və beynəlxalq akkreditasiyalara sahibdir və təqdim etdiyi sertifikatlar bütün dünyada tanınır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi