lider-media.az

Hazırda 3200-dən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilir

Baxış: 21170 Tarix: 18-08-2025, 11:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda ölkə üzrə 3244 şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.

Onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2493-ü qadın, 751-i kişidir.

Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi