lider-media.az

Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yenilənib

Baxış: 32142 Tarix: 18-08-2025, 10:44

Ədliyyə Nazirliyinə edilən müraciətlərə operativ baxılması, vətəndaş məmnunluğunun artırılması, nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşları maraqlandıran məlumatların daha əlçatan olması məqsədilə 881 Çağrı Mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşların istifadəsinə verilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Çağrı Mərkəzinin fəaliyyəti ilə ədliyyə naziri Fərid Əhmədov yerində tanış olub.

881 Çağrı Mərkəzinin işində müasir dövrün tələbləri nəzərə alınaraq, innovativ texnologiyalar və müasir yanaşmalar tətbiq edilib.

Fəaliyyətinə 2022-ci ildən başlayan Çağrı Mərkəzində ötən dövr ərzində zəruri infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Yenilənmiş mərkəz ən müasir texnoloji avadanlıqlarla, o cümlədən interaktiv səsli cavablandırma (IVR) sistemi, səsboğucu cihazlar, proqram təminatı, texniki və metodiki vasitələrlə təchiz olunub.

881 Çağrı Mərkəzi vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi