lider-media.az

Konqo Respublikasının Prezidenti Zati-aliləri cənab Deni Sassu-Nqessoya

Baxış: 3276 Tarix: 15-08-2025, 11:33

Hörmətli cənab Prezident,

Konqo Respublikasının müstəqilliyinin 65-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan ilə Konqo arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Sizin keçən il ölkəmizə iki səfəriniz əməkdaşlığımızın genişlənməsinə əhəmiyyətli təkan vermişdir.

Hazırda Azərbaycan ilə Konqo arasında formalaşmış dostluq münasibətləri siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar yaratmışdır.

Əminəm ki,  Azərbaycan-Konqo əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi