lider-media.az

DİN sürücülərə növbəti dəfə müraciət edib

Baxış: 21195 Tarix: 15-08-2025, 10:23

Daxili İşlər Nazirliyi (DİN) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.Bu barədə  nazirlikdən məlumat verilib. Bildirilib ki, yay tətili və ya mövsümlə əlaqədar həftəsonları istirahət etmək üçün paytaxtdan respublikanın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunur. Təəssüf ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir. Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün nazirlik hərəkət iştirakçılarını aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:

- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;

- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;

- təhlükəsizlik kəmərindən istifadə edin;

- ⁠sürət həddini aşmayın;

- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;

- qarşıda hərəkət edən maşınla ara məsafəsinə diqqət edin;

- ötmə qaydalarına uyğun davranın;

- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;

- ⁠mümkünsə günün erkən saatlarında yola çıxın.

DİN diqqətə çatdırıb ki, hər zaman iki seçim var: “Ya yol hərəkəti qaydalarına əməl etməklə sağ-salamat mənzil başına çatırsınız, ya da qaydalara biganə yanaşmaqla son mənzilə yaxınlaşırsınız. Unutmayaq ki, qəzalar təsadüfi yox, sürücü səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində baş verir. Özünüzün və sevdiklərinizin mənzil başına sağ-salamat çatması üçün sükan sizin əlinizdədir. Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl et, həyatını təhlükəyə atma!”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi