lider-media.az

Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO

Baxış: 21212 Tarix: 14-08-2025, 15:18

Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib. 
Paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.
Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi