lider-media.az

Vaşinqtonda imzalanan sülh bəyannaməsi ərəb ölkələrinin mediasında geniş işıqlandırılıb

Baxış: 210 Tarix: Сегодня, 13:10

 Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Qələbədən sonra sülh – Liderin tarixi missiyası” sərlövhəli analitik məqaləsi Küveyt, Misir, Mərakeş, Əlcəzair və Mavritaniyanın bir sıra xəbər portallarında dərc olunub.

Məqalədə vurğulanır ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda uzunmüddətli münaqişənin başa çatması və dayanıqlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədə əsasən, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır, regionda yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması istiqamətində razılığa gəlirlər.

Qeyd olunur ki, bu razılaşma Azərbaycanın həm diplomatik, həm də hərbi zəfərlə təsdiqlənmiş üstün mövqeyinin hüquqi-siyasi tanınmasıdır. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə ilə Prezident İlham Əliyev regionun geosiyasi mənzərəsini dəyişdi, işğal altındakı əraziləri azad etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Lakin əsl liderlik yalnız hərbi qələbə ilə deyil, həm də sülhə nail olmaqla ölçülür. Bu mənada, Prezident Əliyev müharibə meydanında qazandığı üstünlüyü diplomatik arenada da möhkəmləndirərək sülhün əsas memarına çevrildi.

Yazıda, həmçinin bildirilir ki, bu sülh sənədi yalnız silahlı münaqişənin sonlanması deyil, həm də yeni iqtisadi və sosial inteqrasiya prosesinin başlanğıcı ola bilər. Azərbaycan üçün bu, işğaldan azad edilmiş ərazilərdə bərpa və reinteqrasiya proseslərinin sürətlənməsi, eyni zamanda, regional tranzit imkanlarının genişlənməsi deməkdir. Ermənistan üçün isə bu, uzun illər davam edən siyasi və iqtisadi izoliyasiyadan çıxmaq üçün tarixi bir fürsətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi