lider-media.az

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri telefonla danışıblar

Baxış: 192 Tarix: 14-08-2025, 12:58

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri telefonla danışıblar

Avqustun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstan Respublikasının Baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildiriblər ki, Qazaxıstanın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı Azərbaycanla ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində qazanılmış nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluqlarını bildirib, ölkələrimiz arasında baş tutan ali və yüksəksəviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.

Azərbaycanın və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, yaxın aylarda keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi