lider-media.az

Səhiyyə Nazirliyində Azərbaycan–Yaponiya əməkdaşlığı müzakirə olunub

Baxış: 21470 Tarix: 14-08-2025, 12:55

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Yaponiya arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri, həmçinin tibb elmi, kadr hazırlığı, müasir tibbi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi istiqamətində yeni imkanlar müzakirə olunub.

a group of people sitting at long wooden tables
Vo Nguyen Giap et al. sitting at a table

Tərəflər, səhiyyə infrastrukturunun inkişafı, xəstəliklərin profilaktikası və innovativ müalicə üsullarının tətbiqi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Səfir Katsuya Vatanabe Azərbaycan–Yaponiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edərək, gələcəkdə birgə layihələrin reallaşdırılmasına hazır olduqlarını bildirib.
Görüş səmimi və konstruktiv mühitdə keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi