lider-media.az

Avqustun 14-ü saat 10:00-a olan faktiki hava

Baxış: 190 Tarix: Сегодня, 11:03

Avqustun 14-ü saat 10:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin avqustun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Zaqatalada 154 (aylıq normanın 208 %-i), Balakəndə 35 (aylıq normanın 47 %-i), Oğuzda 10, Qaxda (Sarıbaşda) 9, Şəkidə 8, Cəlilabadda 4, İmişlidə 3, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.
Avqustun 13-ü saat 17:30 radələrində Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb. Lerik, Balakən, Qax, Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi