lider-media.az

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistana səfər edib

Baxış: 210 Tarix: Сегодня, 20:26

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə İslamabad şəhərinə yola düşüb. 
Keçirilən qarşılanma mərasimində protokola uyğun olaraq general-polkovnik Kərim Vəliyev və feldmarşal Asim Munir Fəxri Qarovulun qarşısından keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Mərasimin sonunda şəhidlər abidəsinin önünə əklil qoyulub.
Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim Muniri və Pakistan Ordusunun şəxsi heyətini "Müstəqillik günü" və "Haqqın qələbəsi" əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonra feldmarşal Asim Munirə Azərbaycan Müdafiə nazirinin əmri ilə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təqdim olunub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi