lider-media.az

Xəzər dənizinin sahil əraziləri tullantılardan təmizlənib

Baxış: 19619 Tarix: 13-08-2025, 20:15

“Xəzər Günü” münasibətilə “Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları Xəzər dənizinin Sumqayıt, Lənkəran, Neftçala sahillərini, Samur-Yalama, Şirvan, Qızılağac və Abşeron milli parklarının sahil zolaqlarını əhatə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin, “Azərikimya”, "SOCAR Polymer" şirkətlərinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının, yerli icra və bələdiyyələrin nümayəndələrinin, milli parkların əməkdaşlarının iştirakı ilə keçirilən iməciliklər zamanı sahilyanı ərazilərdən ümumilikdə 2.5 tondan artıq tullantı yığılaraq daşınıb.
Aksiya Xəzər dənizinin qorunmasına ictimai diqqəti yönəltmək, sahillərimizi tullantılardan təmizləyərək dəniz ekosistemini mühafizə etmək və gələcək nəsillərə daha təmiz və sağlam mühit ötürmək məqsədi ilə təşkil olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi