lider-media.az

BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosdan

Baxış: 32145 Tarix: 13-08-2025, 09:34

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri,

Ermənistan Respublikası ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu tarixi nailiyyət cəsarət, müdriklik və region xalqları üçün sülh, sabitlik və əməkdaşlığın gələcəyinin formalaşdırılmasına sadiqlik nümayiş etdirir. Həmçinin beynəlxalq ictimaiyyətə vacib mesaj verir ki, dialoq və diplomatiya hətta ən mürəkkəb problemlərin həlli üçün ən güclü vasitə olaraq qalır.

Siz bu önəmli yolda irəliləyərkən əminliyimi bildirirəm ki, Birgə Bəyannamə etimadın qurulması, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və Cənubi Qafqazda inkişaf və firavanlıq üçün yeni imkanların açılmasında əsas rol oynayacaqdır.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərdə yeni səhifənin açılması məsələsində dəstək və əməkdaşlığa sadiq qalır.

Zati-aliləri, ən səmimi təbriklərimi və göstərilən səylərin davamlı uğuru ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Migel Anxel Moratinos

BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi