lider-media.az

Ərəb Koordinasiya Qrupunun nümayəndə heyəti ilə görüş

Baxış: 191 Tarix: Вчера, 14:39

Iqtisadiyyat Nazirliyində Ərəb Koordinasiya Qrupunun nümayəndə heyəti ilə əməkdaşlıq imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyində Ərəb Koordinasiya Qrupuna (ƏKQ) daxil olan İslam İnkişaf Bankı Qrupu, Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu və Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkəmizin Qrupa daxil olan maliyyə institutları ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Azərbaycanda biznesin inkişafı və investisiya qoyuluşları üçün yaradılmış əlverişli işgüzar mühit, potensial investisiya sahələri barədə məlumat verilib.

Nümayəndə heyəti Ərəb Koordinasiya Qrupunun Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini bildirib. 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının Azərbaycanda keçirilməsinin tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdə mövcud işbirliyinin genişləndirilməsi və dövlət zəmanətli investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib. Ərəb Koordinasiya Qrupunun dövlət zəmanətli investisiya layihələrinin maliyyələşdirilməsində fəal iştiraka hazır olduğu nəzərə çatdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi