lider-media.az

“Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış: 34227 Tarix: 12-08-2025, 12:58

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 46 (Cild I) birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci–onuncu abzaslar müvafiq olaraq üçüncü–on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Muxtar Babayev – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi”.

2. Dördüncü abzas ləğv edilsin.

3. Altıncı abzasdan “Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri,” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2025-ci il 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi