lider-media.az

AYİB Azərbaycanda mebel istehsalçısını dəstəkləyir

Baxış: 5 Tarix: Вчера, 11:21

 

7 milyon ABŞ dolları məbləğində kredit Saloğlunun istehsal və pərakəndə satış sahələrinin təkmilləşdirilməsinə xidmət edəcək.

Lider-media.az-a daxil olan məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın mebel istehsalçısı olan Saloğlu şirkətinə 7 milyon ABŞ dollar ekvivalentində yerli valyutada kredit ayırır.

Kredit vəsaiti şirkətin istehsal və pərakəndə satış infrastrukturunun modernləşdirilməsinə sərf edilməklə şirkətin inkişafını dəstəkləyəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı mebel istehsalçısı və pərakəndə satış şirkəti olan Saloğlunun inkişafını dəstəkləmək məqsədilə şirkətə 7 milyon ABŞ dolları ekvivalenti məbləğində yerli valyutada kredit ayırır. Bu vəsait şirkətin rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.

Kredit vəsaiti Saloğlunun Ağstafa rayonunda yerləşən istehsal müəssisəsi üçün yeni istehsal avadanlıqlarının alınması və ölkə üzrə fəaliyyət göstərən pərakəndə satış mağazalarının təmir-bərpası nəzərdə tutulur.


Qeyd edək ki, 2000-ci ildə təsis edilmiş Saloğlu şirkəti qonaq və yataq otaqları üçün yumşaq mebel dəstlərinin istehsalı, o cümlədən döşəklər və kreslolar kimi məhsulların istehsalı üzrə ixtisaslaşmışdır. Bununla yanaşı, şirkət Türkiyə, İtaliya və ABŞ istehsalı olan məşhur brendlərin Azərbaycandakı rəsmi distribütoru kimi də fəaliyyət göstərir.

Saloğlu AYİB-in uzunmüddətli tərəfdaşlarından biridir.

Şirkət ilk olaraq AYİB ilə Bankın Avropa İttifaqı və Kiçik Biznesə Təsir Fondu tərəfindən maliyyələşdirilən kiçik bizneslərə məsləhət proqramı çərçivəsində rəqabət qabiliyyətinin artırılması məqsədilə əməkdaşlıq etmişdir.

Şirkət davamlı inkişaf əldə etdikdən sonra Ağstafa rayonunda enerji səmərəli istehsal müəssisəsi və Bakı şəhərində anbarın tikintisini maliyyələşdirmək üçün AYİB-dən 4 milyon avro ekvivalentində yerli valyutada kredit əldə etmişdir.

AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına dəstək verən aparıcı institusional investorlardan biridir. Bank bu günədək ölkədə 200-ə yaxın layihə üzrə ümumilikdə 3.65 milyard avro həcmində investisiya həyata keçirib.

 

 Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi