Səudiyyə Ərəbistanının Londonda nəşr olunan nüfuzlu "Əş-Şarq əl-Avsət" qəzetində Azərbaycan-Ermənistan razılaşmasına həsr edilən məqalələr dərc edilib.
Zəngəzur dəhlizindən (Tramp yolu) və son Vaşinqton razılaşmasından bəhs edilən yazıda Türkiyənin əldə olunmuş razılaşmaya mövqeyi təhlil edilib.
Qeyd olunub ki, Türkiyə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanan Azərbaycan və Ermənistan arasındakı birgə sülh bəyanatını alqışlayıb. Ankara, bəyanatda yer alan və Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinə dəstəyini ifadə edib. Bu dəhliz Türkiyəyə Asiyaya birbaşa çıxış imkanı verəcək və onu Avropa ilə strateji birləşmə nöqtəsinə çevirəcək.
Yazıda Türkiyənin xarici işlər naziri Hakan Fidanın şənbə günü Misirin əl-Ələmeyn şəhərində misirli həmkarı Bədr Əbdülati ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlərə də yer verilib. "Əgər Zəngəzur dəhlizi planlandığı kimi həyata keçirilsə, bu, Avropadan Asiyanın dərinliklərinə qədər uzanan səmərəli bir nəqliyyat dəhlizinin mühüm hissəsi olacaq", - deyə nazir vurğulayıb. O əlavə edib ki, bu dəhliz yalnız Türkiyəni Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə deyil, həmçinin bütün türk dünyası ilə birləşdirəcək. Həmçinin türk dünyasını Avropa, Avropanı isə Asiyanın dərinlikləri ilə birləşdirəcək çoxtərəfli bir yol olacaq.
Qəzet yazır ki, Azərbaycan uzun müddətdir Ermənistan ərazisindən keçən və Naxçıvanla birbaşa əlaqə yaradacaq bu dəhlizin həyata keçirilməsinə çalışırdı, çünki hazırda hər iki bölgə arasında birbaşa quru yolu yoxdur. Razılaşmaya əsasən, strateji və təbii ehtiyatlarla zəngin olan Zəngəzur dəhlizinin inkişaf hüquqları ABŞ-yə verilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında Azərbaycan və Ermənistan arasında əldə olunan sülhə yönəlik irəliləyişi alqışlayıb və bu məqsədlə Ankaranın dəstəyini davam etdirəcəyini bildirib.
Məqalədə, həmçinin bildirilir ki, Türkiyə Xarici İşlər Nazirliyi də cümə günü verdiyi bəyanatda Azərbaycan və Ermənistan arasında davamlı sülhə doğru atılan addımları alqışlayıb.
Bildirilir ki, bu ilin mart ayında Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan sülh razılaşmasının mətni ilə bağlı razılıq əldə olunmuşdu. Bakı bu proses üçün İrəvandan konstitusiyasını dəyişməyi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini inkar edən maddələri və digər hüquqi aktları ləğv etməyi tələb edib.
Hər iki ölkə, münaqişəni həll etmək üçün yaradılmış ATƏT-in Minsk Qrupunun da ləğv olunmasını tələb ediblər.
Məqalədə türkiyəli ekspertlərin də fikirlərinə yer verilib. Qeyd olunur ki, onların fikrincə, ABŞ-nin vasitəçiliyi ilə əldə edilən razılaşmanın yalnız Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiya və Yaxın Şərqdə siyasi və iqtisadi balansları dəyişəcək.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?