lider-media.az

Xocavənd, Ağdərə və Zəngilanda yanğın - Helikopterlər cəlb olundu

Baxış: 21271 Tarix: 11-08-2025, 16:00

Ağdərə rayonunun Ortakənd və Suqovuşan kəndləri istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir, Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bundan əlavə, Xocavənd rayonunun Çörəkli və Yemişcanlı kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən havanın isti və küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğınların tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi