“İlham Əliyev Vaşinqtonda imzaladığı sənədlə 35 illik gərginliyə son qoydu” - HULUSİ KILIÇ
Hulusi Kılıç sözlərinə belə davam edib: "Vaşinqton sammiti həmçinin Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını qoymuşdur. 1992-ci ildən qüvvədə olan, Azərbaycanın ABŞ-dan bir sıra müdafiə və sənaye məhsullarını idxalına qoyulan embarqo 33 ildən sonra aradan qaldırılmışdır. Tərəflər arasında strateji tərəfdaşlıq haqqında imzalanmış saziş sənaye, süni intellekt, kommunikasiya, enerji və digər sahələri əhatə etməklə, əməkdaşlığın genişlənməsinə zəmin yaradır.
Ermənistan–Azərbaycan münasibətlərində xüsusi əhəmiyyət daşıyan Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılıq, yaxın gələcəkdə dəhlizin açılacağını təsdiqləyir. Razılaşmaya əsasən, Azərbaycan vətəndaşları bu marşrutdan gömrük və polis nəzarəti olmadan sərbəst istifadə edə biləcəklər ki, bu da mühüm siyasi və iqtisadi nailiyyət hesab olunur.
Prezident İlham Əliyev müharibə dövründə belə sülhə hazırlıq aparan və sonrakı mərhələdə də bölgədə sabitliyin qorunması üçün qətiyyətli addımlar atan lider kimi çıxış edir. Türkiyə Respublikasının daima Azərbaycanın yanında olması, bu proseslərin davamlılığını və bölgədə yeni dövrün formalaşmasını təmin edəcəkdir".