lider-media.az

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

Baxış: 379 Tarix: 7-05-2024, 22:24

Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konserti keçirilib.

Lider-media.az xəbər verir ki, əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə Vaqif Mustafazadənin "Yollar", Tofiq Quliyevin "Məhəbbət çırağı", "Zibeydə", "Vals", Cahangir Cahangirovun "Cənnətim Qarabağ" əsərləri tələbələr tərəfindən ifa olunub.

Konsert proqramında tələbələr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi