lider-media.az

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

Baxış: 327 Tarix: 10-08-2025, 13:52


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizə İslam dünyasının mərkəzindən ən səmimi təbriklərimi çatdırıram.

Bu, Cənubi Qafqazın üfüqünü ümid və harmoniya ilə işıqlandıran parlaq bir hadisədir. Bu, eyni zamanda tarixi zənginləşdirən, dünyanı ruhlandıran, dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət yollarını açan mühüm bir mərhələdir.

Zati-aliləri, bu nailiyyət Sizin uzaqgörən liderliyinizin, əvəzsiz fədakarlığınızın və ortaq rifah gələcəyini formalaşdırmaq istiqamətində göstərdiyiniz əzmkar səylərin əyani təzahürüdür. Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası xalqları ortaq məqsədlər ətrafında birləşdirə biləcək qətiyyətin, dialoqun, gələcək baxışların parlaq nümunəsinə çevrilmişdir.

ICESCO-nun Baş direktoru kimi mən də bu anın sevincini və xalqınıza bəxş etdiyi qüruru bölüşürəm. Bu, sadəcə bir razılaşma deyil, gələcək nəsillərə bəxş olunan bir hədiyyədir, mədəniyyətlərin, ideyaların və imkanların inkişaf edəcəyi bir bünövrədir. ICESCO Azərbaycanın yanında olmaqla, təhsil, mədəniyyət və elm sahələrində təşəbbüslər vasitəsilə bu sülh ruhuna töhfə verməyə, hər bir sahədə anlaşmaya və əməkdaşlığa hazırdır.

Uca Allah bu yeni dövrü uğurlu etsin, onun yaratdığı bağları möhkəmləndirsin və region xalqlarına daha böyük nailiyyətlər, birlik və rifah bəxş etsin!

Zati-aliləri, bu tarixi və ilhamverici nailiyyət münasibətilə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, ən yüksək ehtiramımı bildirirəm. Azərbaycanın adı tarixin bu parlaq səhifəsi ilə əbədi olaraq xatırlanacaqdır.

Dərin hörmətlə,

Salim bin Məhəmməd əl-Malik

ICESCO-nun Baş direktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi