lider-media.az

Sandudan Azərbaycana təbrik

Baxış: 29330 Tarix: 9-08-2025, 14:15

sandu-azerbaycani-bele-tebrik-etdi

Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib. Sandu bu barədə sosial şəbəkə hesabında yazıb.

“Ermənistan və Azərbaycan arasında razılaşma onilliklər boyu davam edən düşmənçiliyə son qoymaq yolunda mühüm mərhələdir. Biz hər iki tərəfi, Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı, eləcə də ABŞ Prezidenti Donald Trampı regionda sülh, barışıq və firavanlığa yol açmağa kömək etdiklərinə görə təbrik edirik”, - Sandu bildirib.

Məlumat üçün bildirək ki, dünən Vaşinqtonda üçtərəfli görüş keçirilib. “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin mətni  paraflanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi