lider-media.az

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib

Baxış: 32259 Tarix: 9-08-2025, 10:21

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, idman veteranları və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, “Arzunun ardınca” filmi təkcə bir qadın alpinistin uğurunu deyil, həm də Azərbaycan qadınının iradəsini və gücünü bir daha göstərir. Həmçinin filmin gənc nəsli, xüsusən də gənc idmançıları qələbəyə ruhlandırdığı qeyd edilib.

Film maraqla izlənilib və alqışlarla qarşılanıb. Sonda tədbir iştirakçıları uğurlu ekran əsərinə görə filmin rejissoru, senari müəllifi Arzu Urşan və qəhrəmanı Elmira Aslanovanı təbrik ediblər.   tiktok   threads  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi