lider-media.az

Rusiya Odessada SOCAR-ın neft bazasına zərbə endirib

Baxış: 31515 Tarix: 8-08-2025, 20:52

Avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub.

Bu barədə “RBK-Ukrayna”ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

Mənbələrin məlumatına görə, yanğın qısa zamanda lokallaşdırılıb. Zərbələr nəticəsində 4 əməkdaş ağır yaralanıb, onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi