lider-media.az

AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət etdi

Baxış: 192 Tarix: 8-08-2025, 15:19

azal-rehberliyi-ve-kollektivi-hokume-eliyevanin-mezarini-ziyaret-etdi

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Hökumə Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər. AZAL komandası Azərbaycanın Milli Qəhrəmanlarının - İqor Kşnyakin və Aleksandr Kalyaninovun da xatirəsi ehtiramla yad edib.

Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi