lider-media.az

Kamboca Trampın Nobel Sülh mükafatına namizədliyi ilə bağlı rəsmi müraciət edib

Baxış: 2257 Tarix: 8-08-2025, 12:26

Kamboca Trampın Nobel Sülh mükafatına namizədliyi ilə bağlı rəsmi müraciət edib

Kamboca ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyinin rəsmən irəli sürüb. Bu barədə məlumat verən Kambocanın AKP rəsmi agentliyinin yazdığına görə, Kamboca hökuməti bu qərarı Trampın bu ölkənin Tailandla sərhədində sülhə nail olması ilə bağlı verib.

Kambocanın Baş naziri Hun Manet tərəfindən göndərilən məktubda deyilir ki, Trampın namizədliyi onun dünyada sülhün möhkəmlənməsinə verdiyi tarixi töhfə ilə əlaqədardır. O yazıb: “Potensial dağıdıcı münaqişənin qarşısını alan həmin müdaxilə böyük insan tələfatının qarşısının alınmasında mühüm rol oynadı və iki ölkə arasında sülhün bərpasına zəmin yaratdı”.

Kambocanın bu niyyəti ötən həftə məlum olub. Avqustun 1-də Kamboca Baş nazirinin müavini Sun Çantol sülhün bərqərar olunmasında göstərdiyi köməyə görə Trampa təşəkkür edib. O əlavə edib ki, ABŞ Prezidenti bu mükafata xalqlar arasında dostluğun möhkəmlənməsinə ən böyük töhfəsinə görə layiq görülməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi