lider-media.az

Trampdan tarixi açıqlama:“İlham Əliyevlə qürur duyuram”

Baxış: 3298 Tarix: 8-08-2025, 08:23

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb:

“Bu iki xalqlar illərdən bəri müharibə aparır və bu, minlərlə insanın ölümünə gətirib çıxarıb. İndiyədək əksər liderlər bunu bitirməyə çalışsalar da, nəticə vermədi. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”.

O, sabah Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.

Böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün seçim etdiklərinə görə bu cəsarətli liderlərlə qürur duyuram. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi