lider-media.az

Ukraynalı uşaqların “Qəbəland” və Nohurgölə ekskursiyası təşkil edilib

Baxış: 22160 Tarix: 7-08-2025, 14:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq üçün ekskursiyalar təşkil edilib.

Onlar "Qəbəland” Əyləncə Mərkəzi və Nohurgöllə, Qəbələnin təbiət gözəllikləri ilə tanış olub, həmçinin əyləncə mərkəzində maraqlı vaxt keçiriblər.

Ukraynalı uşaqların reabilitasiya müddəti ərzində ölkəmizin digər regionlarına da səfərləri təşkil ediləcək.

Qeyd edək ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası kimi reabilitasiya tədbirlərinə cəlb olunur, həmçinin peşəkar psixoloq tərəfindən keçirilən fərdi və qrup terapiyalarında iştirak edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi