lider-media.az

Milli Kitabxanada “Xalq rəssamı Toğrul Nərimanbəyov – 95” adlı kitab sərgisi açılıb

Baxış: 234 Tarix: Сегодня, 13:19

Milli Kitabxanada Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyovun anada olmasının 95 illik yubileyi münasibətilə “Xalq rəssamı Toğrul Nərimanbəyov – 95” adlı kitab sərgisi açılıb.

Sərgidə Xalq rəssamı Toğrul Nərmanbəyovun əsərləri, həyatı və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə  ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, fitri istedadı sayəsində mədəniyyətimizə dəyərli töhfələr verən mahir boyakar, monumentalçı və teatr rəssamı Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. O, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1950-ci ildən etibarən bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. 1955-ci ildə SSR Rəssamlar İttifaqına üzv qəbul edilib.

Dəfələrlə doğma Respublikamızda  və xarici ölkələrdə fərdi sərgiləri keçirilib. Dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında Toğrul Nərimanbəyovun  əsərləri saxlanılır.

Toğrul Nərimanbəyov yaradıcılığı çoxşaxəlidir: tematik tablolar, portretlər, mənzərələr, natürmortlar, qrafika əsərləri, divar boyakarlığı, teatr dekorasiyaları və s.

Onun yaradıcılığının ilk dövrünə aid əsərlərdən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqalarını qeyd etmək olar.

Rəssamın “Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərlərinin hər biri haqqında geniş söz açılmağa layiq sənət nümunələridir.

Böyük rəssamın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib. Əməkdar rəssam (1964), Xalq rəssamı (1967, 1989) fəxri adlarına, Dövlət mükafatına (1974, 1980) layiq görülüb. həmçinin müstəqil Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “İstiqlal” (2000) və “Şərəf” (2010) ordenləri ilə təltif edilib.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi