lider-media.az

Yol polisindən sərnişin daşıyanlara müraciət

Baxış: 23209 Tarix: 7-08-2025, 13:11

Yol polisi sərnişin daşıyanlara müraciət etdi

Baş Dövlət Yol Polisi İdərəsi avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib.

Bu barədə BDYP-dən məlumat verilib.

"Yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir. Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.

Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir.

Sərnişinlər dı öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıya çevrilməməlidirlər.

Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi