lider-media.az

Yol polisi 7 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Baxış: 23293 Tarix: 7-08-2025, 10:09

Yol polisi 7 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
BDYPİ Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb. Bu barədə BDYPİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib. Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi