lider-media.az

ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Baxış: 21140 Tarix: 5-08-2025, 16:21

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə ABŞ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə müzakirə aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb.

Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

Tərəflər ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi vurğulanıb, Orta Dəhlizin perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi