lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 352 Tarix: Сегодня, 16:16

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 237-VIIQD nömrəli Qanununun tətbiqi və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 205 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 237-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin III hissəsinin birinci abzasında və IV hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 39-cu maddəsinin IV hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 39-cu maddəsinin III hissəsinin birinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin III hissəsinə uyğun olaraq, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

2.2. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 237-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 205 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 621 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında ikinci halda “haqqında” sözü “barədə” sözü ilə əvəz edilsin;

3.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində, 12-ci maddəsinin II hissəsinin birinci cümləsində (ikinci halda), 14-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində, 39-cu maddəsinin III hissəsinin birinci abzasında və IV hissəsində, 40-cı maddəsinin III hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 26-cı maddəsinin III-I hissəsinin ikinci cümləsində, 35-ci və 37-ci maddələrinin II hissələrində, 38-ci maddəsinin III hissəsində, 39-cu maddəsinin II hissəsində və 40-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 39-cu maddəsinin IV hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 40-cı maddəsinin IV hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 11-ci maddəsində, 12-ci maddəsinin II hissəsinin birinci cümləsində (birinci halda), 13-cü maddəsinin I hissəsinin 7-ci bəndində və 28-ci maddəsinin II, III, VI və VII hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 39-cu maddəsinin III hissəsinin birinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 38-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.8. həmin Qanunun 3-cü maddəsinin II hissəsinin 12-ci bəndində və 14-cü maddəsinin birinci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.9. həmin Qanunun 14-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi