lider-media.az

Əsədov Kobaxidze ilə görüşdü 

Baxış: 21258 Tarix: 5-08-2025, 11:26

esedov-kobaxidze-ile-gorusdu

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən  verilən məlumata görə, Əli Əsədov Prezident İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi