lider-media.az

Şirvan bələdiyyəsi: İlin birinci yarısl uğurla başa çatdı

Baxış: 3111 Tarix: Вчера, 19:40

Şirvan Bələdiyyəsinin yarımillik fəaliyyəti üzv və qulluqçuların iştirakı ilə geniş müzakirə edilmişdir 
Görüşdə çıxış edən sədr İlham Səfərov bildirib ki,  bu gün Şirvan bələdiyyəsi şəhərdə vətəndaş məmnunluğunun həlli istiqamətində ciddi layihələr həyata keçirməkdədir. Hər bir  müraciəti diqqətdə saxlayan Şirvan bələdiyyəsi vətəndaşlara, xüsusəndə  maddi yardımların verilməsini, o cümlədən  sosial problemlərinin həll olunması ilə bağlı məsələləri daim nəzarətdə saxlayır.
Ötən dövrdə həyata keçirilən layihələrə toxunan sədr çıxışında bildirib ki, Qurban bayramı münasibətilə 35 nəfər şəhid, qazi və aztəminatlı ailələrin nümayəndələrinə ərzaq payları təqdim edilmiş, şəhid atasının vəfatı ilə bağlı dini mərasimlərin təşkili, dəfn xərcləri, qəbirüstü abidəsinin hazırlanması yerli büdcə vəsaiti hesabına  həyata keçirilmişdir.
Sədr çıxışında daha sonra qeyd edib ki,  Şirvan bələdiyyəsi mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Şəhər ərazisində abadlıq-quruculuq işlərinin aparılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Şəhərin məhəllədaxili  yol infrastrukturunun yenilənməsi işlərində Şirvan bələdiyyəsi Şirvan ŞİH-in  həyata keçirdiyi layihələrə öz dəstəyini  göstərməkdə davam edir. Sədr bildirib ki, sakinlərin coxsaylı müraciətlərini nəzərə alaraq məhəllədaxili yolların təmiri mərhələli şəkildə bundan sonrada davam edəcəkdir. Şəhərin 1 may, İ.Qayıbov, M.Füzuli, N.Tusi, M.Müşviq, F.X.Xoyski küçələrində yolların hamarlanması və təmir-bərpa işləri aparılmışdır. Görülən işlərə əlavə olaraq sədr qeyd edib ki, şəhər qəbirstanlığında ötən dövr ərzində  abadlıq işləri aparılmış qəbirstanlığın ətrafı yabanı otlardan təmizlənmiş və ərazi daim diqqətdə saxlanılır.
Şirvan şəhər bələdiyyəsində  BAMS proqramında 9.147 əmlak vergi obyekti, 11380 torpaq vergi obyekti, 407 icarə obyekti qeydə alınmışdır. Ümumiyyətlə mövcud olan əmlakların bir hissəsinin sənədinin olmaması nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinə mənfi təsir göstərməkdədir. Bununla yanaşı son illərdə BAMS proqramının yenilənməsi, üstəlik Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasıya edilməsi bələdiyyə büdcəsinin artımına ciddi təsir etmişdir. Sədr daha sonra qeyd etmişdir ki, “Bələdiyyə büdcəsində  6 ay ərzində  ötən illə müqayisədə 44 faizlik artım müşahidə edilib. Kollektivimizin birgə fəaliyyəti ilə ilin sonunadək bütün qüvvələri səfərbər edib büdcə gəlirlərini artırmaq üçün daha da əzmlə çalışmalı və hər bir bələdiyyə üzvü və qulluqçusu bu istiqamətdə öz töhfəsini verməlidir. Büdcə gəlirlərindəki kifayət qədər artım məhz bu birliyin nəticəsində əldə olunub.”
Tədbirdə bələdiyyənin beynəlxalq əlaqələrinə də toxunulub. Bildirilib ki, Türkiyənin Manisa şəhərində keçirilən 485-ci Beynəlxalq Mesir Macunu Festivalında ölkəmizi Şirvan şəhərinin nümayəndə heyətini sədr İlham Səfərov  uğurla təmsil edib. Bununla yanaşı  Türkiyənin İstanbul şəhərinin Zeytinburnu Kültür ve Sanat Merkezinde  keçirilən Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə heyətinin toplantısında bələdiyyənin sədr müavini Samirə Abışova Azərbaycan nümayəndə heyətinin   üzvü kimi iştirak edib.
Görüşdə çıxış edən  bələdiyyənin üzv və qulluqçuları bələdiyyənin altıaylıq fəaliyyətini yüksək qiymətləndirdilər.
       

Rasim Nəhmədov,  

Şirvan.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi