“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452 (Cild I); 2024, № 12 (II kitab), maddə 1337) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 18.7-ci maddənin ikinci cümləsində “attestasiyadan” sözü “müsahibədən” sözü ilə əvəz edilsin;
1.2. 29.2.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 29.2.10-cu maddə əlavə edilsin:
“29.2.10. prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda.”;
1.3. 32-ci maddə üzrə:
1.3.1. 32.2-ci maddədə “yaş həddi 60” sözləri “son yaş həddi 65” sözləri ilə əvəz edilsin;
1.3.2. 32.3-cü maddənin ikinci, üçüncü və dördüncü cümlələri çıxarılsın;
1.3.3. 32.4-cü maddədə “Yaş” sözü “Son yaş” sözləri ilə əvəz edilsin.
Maddə 2. Keçid müddəa
Bu Qanunun 1.3-cü maddəsi bu Qanun qüvvəyə mindiyi gün prokurorluqda qulluqda olan və həmin gündən sonra prokurorluğa qulluğa qəbul edilən prokurorluq işçilərinə şamil edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2025-ci il