lider-media.az

Sahibkarlar vahid məkanda – KOB evlərində xidmət almağa üstünlük verirlər

Baxış: 214 Tarix: 4-08-2025, 13:58

Cari ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə KOB evlərində göstərilmiş xidmətlərin sayı 23,2% artıb.   2025-ci ilin yanvar–iyun aylarında KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 23,2% artıb. Belə ki, 2024-cü ilin I yarısında KOB evlərində sahibkarlara ümumilikdə 208 194 xidmət göstərildiyi halda, cari ilin eyni dövründə bu göstərici 256 437 təşkil edib. Artım "Yevlax KOB evi" üzrə 31,2%, "Xaçmaz KOB evi" üzrə 6,8%, "Bakı KOB evi" üzrə isə 6,7% olub. 


Bu dövrdə sahibkarlara KOB evlərində göstərilmiş dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin ümumi sayında da artım müşahidə edilib: müvafiq olaraq 22,8% və 26,7%. 

KOB evlərinə sahibkarların marağının artması, onların bir məkanda müxtəlif xidmətlərə asan çıxış əldə etməsi, prosesin sürətli, şəffaf və sahibkar məmnunluğu prinsiplərinə əsaslanmaqla təşkil olunması, həmçinin biznes subyektlərinin vaxt və xərclərinə qənaət imkanı ilə bağlıdır. Qeyd edək ki, 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirilərək, tətbiqi təşkilata üzv ölkələrə tövsiyə edilib. Artıq bir sıra ölkələr Azərbaycanın KOB evi modelinə maraq göstərirlər. Belə ki, KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi “KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi