lider-media.az

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşüb

Baxış: 280 Tarix: Сегодня, 15:10

Avqustun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb. 
Qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin hər zaman uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. 
Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin ölkələrimiz arasında mövcud tarixi dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Qardaş ölkənin nümayəndələri səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə müdafiə nazirinə minnətdarlıqlarını ifadə ediblər. 
Qeyd edək ki, qonaqlar səfər çərçivəsində ölkəmizin qədim və müasir memarlığın ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanlarını ziyarət edir, Azərbaycanın şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi