lider-media.az

Nazir Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi ilə görüşüb

Baxış: 210 Tarix: Сегодня, 10:34

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.

Qonağı səmimi salamlayan nazir K.Heydərov bu ilin 8-10 iyul tarixlərində Bakı şəhərində BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının, eyni zamanda təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında Azərbaycan nümayəndəsinin BMMT-nın yeni Baş katibi seçilməsini ölkəmiz adına uğurlu nailiyyət adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini xatırladan nazir respublikamızın hər zaman mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. K.Heydərov əminliklə qeyd edib ki, bundan sonra da ölkəmiz fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək, onun inkişafına öz töhfəsini verəcəkdir.

İlk rəsmi səfərini Azərbaycana reallaşdıran Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli səmimi görüşə görə təşəkkürünü bildirib, ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı əlaqələrin daha da inkişafı üçün səy göstərəcəyini bildirən Ə.Kələntərli fövqəladə hallarla mübarizə məsələlərində real nəticələrin birgə və əlaqəli fəaliyyət sayəsində əldə ediləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi