lider-media.az

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb

Baxış: 21124 Tarix: 2-08-2025, 09:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən, ay ərzində 50-dək uşağa xidmət göstərəcək Mərkəz xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.

Burada mütəxəssislər tərəfindən əlilliyi olan, həmçinin digər həssas qruplara aid uşaqlara psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir.

Mərkəzdə uşaqların həm fərdi, həm qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilməsi, valideynlərinin isə uşaqları ilə bağlı valideyn bacarıqlarının artırılması istiqamətində təlimlərə cəlbi nəzərdə tutulur.

Hazırda ölkə üzrə Sosial Xidmətlər Agentliyinin 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir.

Bu mərkəzlərdə ötən dövrdə 1059 nəfər sosial-psixoloji reabilitasiya xidməti ilə təmin edilib. Hazırda 239 nəfər müvafiq xidmətlərdən yararlanır.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi