lider-media.az

Ceyhun Bayramov İsrailin yeni səfiri ilə görüşüb

Baxış: 21112 Tarix: 1-08-2025, 15:08

bayramov-israilin-yeni-sefiri-ile-gorusdu

Xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausu qəbul edib.

XİN-dən  verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra, Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, investisiyalar, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsinə çağırış etdiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd edilib.

Yeni səfir fəaliyyəti müddətində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi