lider-media.az

DİN: Ötən gün ölkə ərazisində 40 cinayətin açılması təmin olunub

Baxış: 23273 Tarix: 1-08-2025, 11:03

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 31-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

İyulun 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi