lider-media.az

BDYPİ xəbərdarlıq edir: Sükan arxasında diqqəti yayındıran hər bir hərəkət təhlükə yaradır

Baxış: 211 Tarix: Вчера, 10:59

BDYPİ xəbərdarlıq edir: Sükan arxasında diqqəti yayındıran hər bir hərəkət təhlükə yaradır

Avtomobil idarə edərkən sürücünün bütün diqqəti yola, ətrafda baş verən proseslərə və nəqliyyat vasitəsinin idarə olunmasına yönəlməlidir. Təəssüf ki, bəzi sürücülər sükan arxasında olduqları vaxt ev heyvanlarını qucaqlarında saxlayaraq, həm özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən verilən məlumata görə, qucaqda saxlanılan heyvan hər an gözlənilməz reaksiya verə, sürücünün diqqətini yayındıra və ya avtomobilin idarəetməsinə maneə törədə bilər. Bu kimi hallar qəza riskini əhəmiyyətli dərəcədə artırır və faciəvi nəticələrə səbəb ola bilər.

“Qeyd olunmalıdır ki, avtomobildə daşınan heyvanlar üçün xüsusi daşıyıcı avadanlıqların istifadəsi mütləqdir. Bunlardan istifadə etməmək yol hərəkəti qaydalarının pozulmasına və yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur. BDYPİ bir daha sürücüləri məsuliyyətli olmağa, sükan arxasında heç bir halda əlavə diqqət yayındırıcı hərəkətlərə yol verməməyə çağırır.Unutmayın ki, bir anlıq diqqətsizlik geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”, - deyə məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi